Messiyə 4 klubdan fantastik təklif

Messiyə 4 klubdan fantastik təklif
İDMAN
13:48 19.07.2013
1394

“Qızıl top”un dördqat qalibi Lionel Messiyə dörd klubdan rekord məbləğdə transfer təklifi gəlib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Barselona”nın və Argentina yığmasının forvardını öz klublarında görmək istəyilə müraciət edənlər Fransa PSJ-si, “Mançester Siti”, Mahaçkalanın “Anji” klubu və “Monako” klublarıdır.  Milyarderlərin idarə etdikləri bu klublar futbolçuya 120 milyon avro ödəməyə hazırdırlar. Amma argentinalı futbolçu ilə bağlanan müqavilədə konpensasiya ilə birlikdə bu məbləğ təxminən 250 milyon avro dəyərindədir.

OXŞAR XƏBƏRLƏR