"Messiyə kömək etməyə çalışdım" - Neymar

İDMAN
22:32 10.09.2022
430
PSJ-nin ulduzu Neymar komanda yoldaşı Leo Messi barədə danışıb.

30 yaşlı braziliyalı Messinin PSJ-yə transfer dönəmindən bəhs edib.

"Belə bir dəyişiklik onun üçün çətindir. Çünki illərdir "Barselona"da oynayırdı və indi hər şey həm ailəsi, həm də özü üçün birdəfəlik dəyişib. Çətin olsa da, hər şeyin yaxşıya doğru getdiyini düşünürəm. Özünü evindəki kimi hiss edir. Messini çoxdandır tanıyıram, onunla danışıb, meydanda və məşqdə kömək etməyə çalışdım. Bizi çətinliklərin gözlədiyini bilirik, amma öhdəsindən gələcəyimizə əminəm. Onun əylənməsini və birlikdə yaxşı vaxt keçirməyimizi istəyirəm".
OXŞAR XƏBƏRLƏR