Məsud “Arka Sokaklar”dan uzaqlaşır?

MARAQLI
14:14 03.09.2011
2603

Detektiv janr həvəskarlarının təqib etdiyi sevilən Türkiyə serialı “Arka Sokaklar”ın yeni mövsümü gələn həftə pərəstişkarlarına təqdim olunacaq. Serialın artıq ilk kadrları nümayiş olunub.

Yeni seriyada, daha əvvəl filmdən ayrılan baş komissar Enginin (İlker İnanoğlu) və Zeynəb komissarın (Qəmzə Özçelik) filmə yenidən qayıtdığını görmək mümkündür. Tamaşaçıları ən çox maraqlandıran isə filmin xüsusi obrazı Məsud komissarın (Şevket Çoruh) başına tuşlanmış tapançadan atəş açılıb-açılmayacağıdır.

Qeyd edək ki, daha əvvəl Şevket Çoruhun "Arka Sokaklar"dan ayrılacağı barədə iddialar səslənsə də, serialın Melek komissarı (Zeyneb Beşerler) bu iddiaları təkzib edərək filmin köhnə aktyor heyətilə davam edəcəyini demişdi. Xatırladaq ki, "Arka Sokaklar" serialının yeni mövsümünün ilk seriyası sentyabrın 5-də Bakı vaxtı ilə saat 22:00-da nümayiş olunacaq.

//bizimyol

OXŞAR XƏBƏRLƏR