Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəldi

Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəldi
SİYASƏT
12:29 28.04.2025
152
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZXEBER.COM xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran İslam Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
OXŞAR XƏBƏRLƏR