İran Prezidenti Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak edəcək.
Bu barədə İran prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Mehdi Sənayi bildirib.
O qeyd edib ki, Pezeşkianın Azərbaycanda bir sıra dövlət başçıları, o cümlədən Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ilə ikitərəfli görüşlər nəzərdə tutulub.
/APA