Məsut Özil 'Mançester Siti'nin hədəfində

İDMAN
11:00 05.01.2013
1485

Son İngiltərə çempionu "Mançester Siti" klubu növbəti transfer hədəfini açıqlayıb.

İngilis təmsilçisi "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Məsut Özilə "elçi" düşüb.

"Mançester Siti"nin baş məşqçisi Roberto Mançini Özili yanvar ayından öz komandasında görmək istəyir. "Şəhərlilər"in ərəb sahibləri türk əsilli futbolçunun transferi üçün istənilən məbləği ödəməyə hazır olduqlarını açıqlayıb. Lakin Özilin bu təklifi necə qarşılayacağı böyük maraq doğurur.

Qeyd edək ki, Məsut 2010-cu ildə 15 milyon avro müqabilində "Verder"dən "Real"a transfer olunmuşdu.//qol.az

OXŞAR XƏBƏRLƏR