Meta Rusiya KİV-lərinə qadağa qoydu

DÜNYA
17:29 17.09.2024
146
Meta bəzi Rusiya KİV-lərinə qadağa qoyduğunu açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu haqda "Facebook” və "Instagram”ın sahibi olan "Meta” rəsmi olaraq məlumat yayıb.
 
Şirkər açıqlamasında "xarici müdaxilə fəaliyyətləri” nümayiş etdirdiyi üçün bəzi Rusiya KİV-lərini, o cümlədən "Rossiya Seqodnya” xəbər agentliyi və RT dövlət kanalını öz platformalarından qadağan etdiyini aşıqlayıb.
 
Açıqlmada deyilir:

"Diqqətlə nəzərdən keçirdikdən sonra biz Rusiyanın dövlət media orqanlarına qarşı davam edən sanksiyalarımızı genişləndirdik. "Rossiya Seqodnya", RT və onların filiallarına xarici müdaxilə fəaliyyətlərinə görə tətbiqlərimiz qlobal şəkildə qadağan edilib" deyə bildirilib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR