Meta süni intellekt məlumat mərkəzlərinə yüz milyardlarla dollar xərcləyəcək

Meta süni intellekt məlumat mərkəzlərinə yüz milyardlarla dollar xərcləyəcək
DÜNYA
11:38 15.07.2025
224
Meta-nın yaradıcısı Mark Zukerberq şirkətin ABŞ-də nəhəng süni intellekt məlumat mərkəzləri qurmaq üçün yüz milyardlarla dollar sərmayə qoyacağını açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Zukerberq özünün ilk çox-giqavatlıq məlumat mərkəzi olan "Prometey"-in 2026-cı ildə fəaliyyətə başlayacağını elan edib. 
 
O, həmçinin bildirib ki, "Prometey" Ohayo ştatının Nyu-Albani şəhərində tikiləcək.

Başqa bir məlumat mərkəzi olan "Hyperion" Luiziana ştatında tikiləcək və 2030-cu ilə qədər tam fəaliyyət göstərəcək. Zukerberqin sözlərinə görə, bu məlumat mərkəzlərindən biri Manhetten adasının ölçüsündə ərazini əhatə edəcək.
 
Gülay
OXŞAR XƏBƏRLƏR