Meta uşaqlar üçün sosial media qaydalarını sərtləşdirir
DÜNYA
06:30 28.08.2026
129
Meta şirkəti uşaqların sosial media istifadəsi ilə bağlı ABŞ-da açılan məhkəmə işlərini yekunlaşdırmaq üçün diqqətçəkən razılaşmaya imza atıb.
Şirkət "Facebook” və "Instagram” platformalarının uşaqları daha uzun müddət istifadə etməyə təşviq edəcək şəkildə hazırlandığı iddiaları ilə bağlı məhkəmə işləri çərçivəsində 16,68 milyard dollara qədər ödəniş etməyə razılaşıb.
Razılaşmanın əsas müddəalarından biri yetkinlik yaşına çatmayanların platformalarda keçirdiyi vaxtın məhdudlaşdırılmasıdır. Belə ki, 18 yaşdan aşağı istifadəçilərin "Instagram” və "Facebook”da gündəlik ümumi istifadə müddətinin 2 saatla məhdudlaşdırılması nəzərdə tutulur.