“Meta”dan “Twitter”ə yeni rəqib – FOTO

“Meta”dan “Twitter”ə yeni rəqib – FOTO
MARAQLI
12:37 04.07.2023
293
"Facebook”un əsas şirkəti Meta İlon Maskı qəzəbləndirəcək yeni proqramı üçün gün sayır. 

AZXEBER.COM xəbər verir ki, şirkət bu həftə "Twitter”ə rəqib olacaq yeni "Threads” platformasını təqdim edir. 

"İnstagram”a qoşulacaq "Threads” canlı yayıma çıxmazdan əvvəl iPhone və Android telefonları üçün proqram mağazalarında da əvvəlcədən sifariş vermək olar.

Texniki ekspertlər "Threads”ı "Twitter” üçün güclü rəqib və hətta "Twitter”i devirmək təhlükəsi kimi şərh edirlər. Həmçinin qeyd edilir ki, "Twitter” ilə demək olar ki, eyni görünüşə malik "Threads” arxasında "İnstagram” olduğu üçün "Twitter”in bir çox rəqibləri kimi sıfırdan başlamayacaq.

Gülay

 


OXŞAR XƏBƏRLƏR