PROMATEKTOR fəaliyyətə bağladığı 18 il ərzində Azərbaycanın inşaat materialları bazarında lider mövqeyini qoruyub saxlayan "Mətənat A” şirkətinin istehlakçılar tərəfindən ən çox rəğbət görən məhsullarındandır
AZXEBER.COM xəbər verir ki, şirkətin "Səth qoruma və səth təmizləmə” seriyasına daxil olan PROMATEKTOR istifadə olunduğu səthə nüfuz etməklə qabıq əmələ gətirmədən kirəcləşmənin qarşısını alan, tənəffüsə mane olmayan mikrosəviyyəli səth qoruyucusudur.
Bu məhsul dan su qaytarma xüsusiyyəti sayəsində üzlük plitələrin və quru qarışıq maddələrdən hazırlanmış daş kompozitlərinin çirklənməsinə və yosun bağlamasına qarşı müqavimətin artırılmasında, sonrakı təmizlik işlərinin aparılmasında və suya qarşı müqavimətin artırılmasında, az və orta dərəcəli su hopma qabiliyyəti olan keramika, qranit, kərpic səthlərin üzərində, yüksək rütubətə məruz qalan döşəmələrin üzərində, əmələ gələn çirklərin təmizlənməsində istifadə olunur.
PROMATEKTOR quru qarışıq maddələrdən hazırlanmış daş kompozitlərində çirklənməyə və yosun bağlamağa qarşı müqaviməti artırır, qarışıq maddələr tətbiq olunmazdan əvvəl üzlük materiallarda əmələ gələ biləcək çirklərin asan təmizlənməsini təmin edir.
Evlərinizin güvəndə olmasını istəyənlər PROMATEKTOR məhsuluna üstünlük verirlər.