“Mətanət A” şirkəti Mühasib vakansiyasını elan edir

“Mətanət A” şirkəti Mühasib vakansiyasını elan edir
İQTİSADİYYAT
10:22 25.10.2018
3206
"Mətanət A” şirkəti Mühasib vakansiyasını elan edir

İşin təsviri:

* Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;

* Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;

* Mühasibatlığa aid müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək;

* İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;

* Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

İş şəraiti:

* İş saatı: 09-00-dan 18-00-dək

* İstirahət: Şənbə və bazar günü

Əmək haqqı:

* Razılaşma yolu ilə

Tələblər:

* Təhsil: Ali (İqtisadi)

* İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan

* Yaş həddi:25-50

* Dil bilikləri: Azərbaycan və Rus dili

* Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək

Şəxsi keyfiyyətləri:

* İşə planlı yanaşmaq bacarığı;

* Yüksək ünsiyyət bacarığı;

* Nitq mədəniyyəti;

* Təmkinlilik, etibarlılıq, özünəinam;

* Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Qeyd

* İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

* Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər; * Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin
OXŞAR XƏBƏRLƏR