Mətanət İskəndərli müğənninin toyunda dava saldı

Mətanət İskəndərli müğənninin toyunda dava saldı
MAQAZİN
13:15 26.04.2016
12267
Ötən gün müğənni Elçin Cəfərovun toyu müzakirəsiz ötüşməyib. Lent.az-ın məlumatına görə, toya dəvət olunan əməkdar artist Mətanət İsgəndərli ilə musiqiçilər arasında anlaşılmazlıq yaşanıb. Belə ki, aparıcı səhnəyə M.İsgəndərlini dəvət edib, bu zaman isə səhnədə əyləşən musiqiçilər oturduqları stolu tərk ediblər. Bu hal isə əməkdar artisti özündən çıxarıb: ““Bu nə deməkdir? Bəlkə mən canlı oxumaq istəyirəm. Mən ifama başlamadan stollarından ayağa durublar”.Əməkdar artistin sözlərindən sonra musiqiçilər öz yerlərinə əyləşiblər. İfaçı isə “Gəl xoşbəxt olaq” adlı mahnısını fonaqram ifa etdikdən sonra canlı ifalar təqdim edib. Daha sonra toy öz axarı ilə davam edib.
OXŞAR XƏBƏRLƏR