Günü-gündən gərginliyin artdığı "Maşın" realiti-şouda daha bir qalmaqal aparıcı Mətanət Əliverdiyeva və müğənni Roza Zərgərli arasında baş verib.
AZXEBER.COM xəbər verir ki, Mətanətin İlhaməyə "Həmkarımdır, ona səs istəyirəm" deməsi Rozanı əsəbiləşdirib. O, maşın ətrafında həmkar söhbəti aparmağın düzgün olmadığını deyərək iradını belə bildirib:
"Bəsdirin də, "Həmkarımdır, səs istəyirəm". Onda mən də həmkarımdır deyə Qurda səs istəyim? Belə olmaz axı".
Mətanət isə Rozaya cavab olaraq "sən danışma deyib: " Yuyulmamış çömçə kimi özünü nə ortaya atmısan? İmkan vermirsən sözümü deyim, sən danışma".
Mətanətin bu sözləri isə Rozanı özündən çıxarıb. O, aparıcıya "Mən sənin üçün Aytən Səfərova deyiləm. Danışığına fikir ver, Tərbiyəsiz" deyib.