"Mətbəə məhsullarının üzərindən 18%-lik ƏDV götürülsün" - Deputatdan təklif

"Mətbəə məhsullarının üzərindən 18%-lik ƏDV götürülsün" - Deputatdan təklif
İQTİSADİYYAT
23:39 01.02.2021
713
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsində çıxış edərək, bir sıra vacib məqamlara toxunub, dəyişikliklərin önəmindən danışıb, təkliflərlə çıxış edib: 

"Bu lahiyələrdə nəzərdə tutulan məsələlərdən biri Azərbaycanda zərgərlik sənayesinin inkişafına təkan verəcək maddələrdir. Gözəl Kəlbəcərimizin və Zəngilanımızın işğaldan azad olunması ilə Azərbaycanda zərgərlik sənayesinin inkişafı istiqamətində daha da böyük perspektivlər açılır. Nəzərə alsaq ki, Azərbaycanda belə bir ənənə və məktəb var, deməli bu ənənə və məktəbi genişləndirməliyik.

Bu həm də bizə yeni iş yerlərinin açılması imkanları da verər. Ölkədə büdcəyə daha çox vəsaitin daxil olmasına və  bu məktəbin daha da inkişaf etdirilməsinə şərait yaradar. Ona görə də biz qızıldan və gümüşdən zərgərlik məmulatlarının istehsalı və zərgər işlərinin görülməsi ilə bağlı dəzgahların, avadanlıqların və qurğuların 3 il müddətinə vergidən azad olunmasını dəstəkləyirik. Lakin başqa bir çox vacib məsələ də var, onu nəzərinizə çatdırmalıyam: bu məsələ Azərbaycanın minlərlə oxucusunun, ziyalıların müraciətidir. Müraciət ondan ibarətdir ki, kitablar, jurnallar, mətbəə məhsulları üzərində 18 %-lik əlavə dəyər vergisi var və dünya statistikasında belə bir şeyə rast gəlinmir ki, kitablara, jurnallara və mətbəə məhsullarına bu qədər vergi tətbiq olunsun. Qardaş Türkiyədə bu vergi 8% həcmində idi. Sonra onu da imtina etdilər. Qonşu ölkələrdə, Avropa ölkələrində bu faiz daha aşağıdır. Kitablara, jurnallara, mətbəə məhsullarına ƏDV-nin ləğvi kitab oxumağa meyilliliyin artmasına, cəmiyyətin intellektual inkişafına dəstək olacaq bir addımdır. Mən xatırlayıram, bir neçə dəfə bu məsələni parlamentdə qaldıranda Vergilər Nazirliyi mediada açıqlama yayaraq bildirmişdi ki, nazirlik bu məsələyə etiraz etmir, məsələ hökümətlə müzakirə olunsa və müvafiq razılıq olsa, biz də müsbət baxarıq. Mütəxəssislərin hesablarımına görə bunun dövlət büdəcəsinə ciddi zərəri yoxdur. Çünki ölkəmizdə istehsal olunan kitab və jurnalların, eyni zamanda ölkəyə idxal olunan bu məhsulların təxmini sayı bəllidir. Ona görə də bu məhsulların ƏDV-dən azad edilməsi uşaqların, gənclərin və ümumiyyətlə bütün oxucuların daha çox kitab almasına münbit ortam yaradar, yazarlar, şairlər, birbaşa kitabla bağlı insanlar üçün çox böyük hadisə olardı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı