Mətbuat Şurası Azxeber.com-u təbrik etdi

Mətbuat Şurası Azxeber.com-u təbrik etdi
SOSİAL
12:34 13.04.2025
320
Mətbuat Şurası AZXEBER.COM-u 15 yaş münasibətilə təbrik edib.
 
AZXEBER.COM xəbər verir ki, təbrikdə deyilib:
 
"Azərbaycanın media məkanında oturuşmuş mövqeyə malik "Azxeber.com” saytının 15 yaşı tamam olur.

"Azxeber.com” bir çox xüsusiyyətləri ilə fərqlənir. Onu səciyyələndirən ən mühüm cəhət isə gənclərin  jurnalist peşəsinə sevgisinin parlaq ideya məhsulu kimi formalaşmasıdır. Artıq "Azxeber”in özü kimi, həmin gənclər də püxtələşib, yorulmaz fəaliyyətləri ilə bütövlükdə media cameəsində tanınıb, hər kəsin sevimlisinə çevriliblər.

Bu günün "Azxeber.com”u da əməksevər gənclərin, peşəkar jurnalistlərin yaradıcılıq düşərgəsi, rəqabət meydanıdır. Rəqabətə davamlılığı ilə seçilən sayt isə ictimai maraq və mənafelərin qorunmasına xidmət göstərməklə, geniş auditoriyanın rəğbətini qazanıb və populyarlaşıb. Ötən 15 il bu xidmətin, həmçinin peşəyə sədaqətin qürur və fəxr dolu çoxsaylı səhnələri ilə zəngindir.

Ənənəvi mediadan yeni mediaya keçidin özünəməxsus nümunəsini yaratmış  "Azxeber.com”un hazırkı yüksək statusu, tutduğu mövqe onun gələcək uğurları üçün etibarlı təminatdır. Saytın rəhbərliyini və kollektivinin üzvlərini 15 ilin uğur hekayəsini yaratmaları münasibəti ilə təbrik edir, onlara daha böyük rəqəmli əlamətdar günlər, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti ".
OXŞAR XƏBƏRLƏR