Mətbuat Şurası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət ünvanlayıb

Mətbuat Şurası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət ünvanlayıb
MEDIA
15:58 10.05.2019
3139
Azərbaycan Mətbuat Şurası jurnalist Elmar Hüseynovun qətli ilə bağlı məsələnin araşdırılması, günahkarların tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi işinin sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət ünvanlayıb.

AZXEBER.COM-un xəbərinə görə, müraciətdə deyilir: "Şura 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş "Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirib. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərlərinin, media ekspertlərinin və jurnalist birliklərinin təmsilçilərinin qatıldıqları. toplantının iştirakçıları bu qərara gəliblər ki, "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun 2005-ci il mart ayının 2-də törədilmiş qətlinin araşdırılması sürətləndirilməli və cinayəti törədən(lər) tezliklə tapılmalı, layiqli cəzalarını almalıdırlar".

Müraciətdə Elmar Hüseynovun 2005-ci il mart ayının 2-də törədilmiş qətli ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq doğurduğu vurğulanıb. Bildirilib ki, jurnalist qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir: "Bu mənada müəyyən siyasi qüvvələrin günahkar(lar)ın hələ də tapılıb cinayət məsuliyyətinə cəlb edilməmələri səbəbilə manipulyasiyalara yol vermələri də narahatlıq doğurmaqdadır”.

DTX rəisi, general-polkovnik Mədət Quliyevə ünvanlanmış müraciətdə həmçinin ölkə jurnalistikası üçün böyük önəm daşıyan məsələyə həssas yanaşılacağına inam ifadə olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib