Mətbuat Şurası mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı açıqlama yaydı

Mətbuat Şurası mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı açıqlama yaydı
SOSİAL
14:56 31.01.2025
318
"Mətbuat Şurası dəfələrlə jurnalistlərə, media orqanlarına cəmiyyət həyatında baş verən hadisə və prosesləri işıqlandırarkən həssas davranmalarını tövsiyə edib. Son dövrlər apardığımız müşahidələr həssaslığın xüsusilə məhkəmə proseslərinə münasibətdə göstərilməsi zərurətini ön plana çıxarır".
 
AZXEBER.COM xəbər verir ki, Mətbuat Şurası mövzu ilə bağlı açıqlama yayıb.
 
Həmin açıqlamanı təqdim edirik: Əlbəttə, məhkəmə orqanları mövcud instansiyalardakı çəkişmələrin predmetlərindən və digər məqamlardan asılı olaraq, proseslərin açıq və ya qapalı keçirilməsinə qərar vermək səlahiyyətindədirlər. Hər iki halda medianın cəmiyyətə informasiya vermək hüququ var və bu zaman başlıca amil ictimailik dərəcəsinin əsas götürülməsidir. Yəni, nəzərə alınmalıdır ki, konkret məhkəmə prosesinin işıqlandırılması cəmiyyətə nə verəcək, nəyi aşılayacaq?
 
"Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda yayımlanmış materialların ictimai əhəmiyyət kriteriyasına cavab verdiyi hallar göstərilib. Bunlar sağlamlıq və təhlükəsizliyin qorunması, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılmasıdır. Söhbət məhkəmələrdən gedirsə, mühüm tələb təqsirsizlik prezumpsiyasına əməl edilməsidir ki, bu və həmçinin dəqiqliyin və qərəzsizliyin gözlənilməsinin vacibliyi də qaydalarda əksini tapıb. Təəssüf ki, medianın məhkəmə proseslərinin işıqlandırılmasına yanaşmasında həssaslıq parametrlərinin zəif nəzərə alındığını, bəzən isə heç nəzərə alınmadığını görürük. Xarakterik hallardan biri də ittiham aktlarındakı ayrı-ayrı məqamların kontekstdən çıxarılaraq sərlövhələrə daşınmasıdır.
 
Bəzən başlıqlara diqqət yetirəndə media materialının çıxarılmış konkret hökm olması təəssüratı yaranır. Halbuki, yekunda veriləcək məhkəmə qərarının ittiham aktında göstərilənlərlə uyğun olmaması ehtimalları var. Digər tərəfdən, hesab edirik ki, jurnalistlərin məhkəmə proseslərinin işıqlandırılması ilə bağlı həssaslığı baxımından başlıca tələb ədalət instansiyasında müzakirəsi aparılan işin özünün spesifikasının nəzərə alınmasıdır. Bu tələb gözlənilmədikdə hansısa həssas məsələ ətrafında onsuz da mövcud olan gərgin durum yeni xoşagəlməz ab-havanın formalaşmasına, fərqli interpretasiyaların dövriyyəyə girməsinə, nəticədə ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxarır. Jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməli, tam qərəzsiz davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməlidir.
 
Əksinə, problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir. Ona görə də məhkəmə prosesləri ilə bağlı təqdimatlarda bütün təfərrüatlar və incəliklər, hətta region və bölgənin xüsusiyyətləri, insanların emosional-psixoloji durumları ciddi şəkildə nəzərə alınmalıdır. Ən böyük peşəkarlıq budur və jurnalistlərimizi ümumən bütün məsələlərə yanaşmada, o cümlədən, məhkəmə proseslərinin işıqlandırılmasında peşəkarlığa çağırırıq.
 
Peşəkarlıqla demokratik cəmiyyət quruculuğuna töhfə verək ki, insanlarda haqq və ədalət gözləntiləri sarsılmasın, onlar həyatdan küsməsinlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”