Mətbuat Şurası Rauf Talışinskinin vəfatı ilə bağlı nekroloq yaydı

Mətbuat Şurası Rauf Talışinskinin vəfatı ilə bağlı nekroloq yaydı
MEDIA
14:54 08.05.2018
3916
Azərbaycan Mətbuat Şurası tanınmış jurnalist, «Exo» qəzetinin baş redaktoru Rauf Talışinskinin vəfatı ilə bağlı nekroloq yayıb.

Şuradan AZXEBER.COM-a daxil olan məlumata görə, nekroloqda Azərbaycan jurnalistikasına ağır itki üz verdiyi bildirilib: "Tanınmış qələm sahibi, respublikanın əməkdar jurnalisti, «Exo» qəzetinin baş redaktoru Rauf Talışinski - Talışinski Rauf Rəfail oğlu ömrünün 62-ci ilində dünyasını dəyişib.

R.Talışinski prinsiplərinə sadiq, varlığını söz sənətinə həsr etmiş peşəkar sima idi. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində çalışıb. "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri olub.

R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan - 1990-cı ildən «Ayna-Zerkalo» qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu «Exo» qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasına böyük xidmət göstərib.

Mərhum həmkarımız istər jurnalistika dəyərlərinin cəmiyyətə aşılanmasına, istər peşənin nüfuzunun artırılmasına, və qorunmasına, istərsə də peşəkar kadrların yetişdirilməsinə müstəsna əmək sərf edib. Hər zaman işgüzarlığı, təşəbbüskarlığı, səmimiyyəti, qayğıkeşliyi ilə seçilmiş baş redaktor hadisə və proseslərə məxsusi yanaşması, vətəndaş mövqeyi ilə də seçilib. Qətiyyətlə demək olar ki, o, jurnalistikanın cəmiyyətə qazandırdığı dəyərli ziyalı idi.

Rauf Talışinskinin vəfatı Azərbaycanın media ictimaiyyəti üçün dərin uzüntü və sarsıntıdır. Onun yoxluğunu qəbul etmək çox çətindir. Uca Tanrıdan mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Yeri behişt, məkanı cənnət olsun!Allah rəhmət eləsin!”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib