"Mətbuatla əlaqə qurmaqda QHT-lərin bilik və bacarığı lazımi səviyyədə deyil" - Azay Quliyev

GƏNCLİK
00:30 22.04.2014
2055
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev AzVision.az oxucularının ona ünvanladıqları sualları cavablandırıb.
AZXEBER.COM xəbər verir ki, millət vəkilinə verilən suallardan biri belə olub:
- Bəzi QHT-lərin reallaşdırdığı layihələr haqqında özlərindən başqa kimsənin məlumatı olmur. Mediada, sosial şəbəkələrdə bu haqda hər hansı informasiya tapmaq çətin olur. Şura olaraq layihəsi qalib olan QHT-lər qarşısında bu istiqamətdə hansı tələblər qoyulub?
Azay Quliyev bu suala belə cavab verib: "Biz həmişə QHT-ləri tənqid etmişik və onların şəffaf, demokratik şəkildə fəaliyyət göstərməsini istəmişik. Təsadüfi deyil ki, keçən ilin dekabrın 17-də Milli Məclisdə bununla bağlı müəyyən qanunlar qəbul olundu, mülki qanunvericiliyə əlavə və dəyişikliklər edildi. Dəyişikliklərin əsas məqsədi də məhz şəffaflığın artırılmasına yönəlib.Birinci səbəb budur ki, şəffaflıq QHT-lər tərəfindən təmin olunmur. İkinci isə, mətbuatla əlaqə qurmaqda QHT-lərin bilik və bacarığı lazımi səviyyədə deyil. Bununla bağlı son illər xeyli layihələr həyata keçirilib. Məsələn, bizim hazırda “Vətəndaş cəmiyyəti” jurnalımız var. Bu QHT-lər üçün xüsusi bir tribunadır. QHT-lər həyata keçirdikləri proqramla bağlı pulsuz və təminatsız materiallar yerləşdirə bilərlər. Yaxud, bizim QHT-lərə Dövlət Dəstəyi Şurasının informasiya portalı fəaliyyət göstərir. İstənilən məlumatları onlar orada sərbəst yayımlaya bilərlər.Nəhayət, biz son aylar “Xəzər” televiziyası ilə birlikdə “Cəmiyyət” verilişi hazırlayırıq, Şura olaraq əlimizdən gələn bütün işləri həyata keçirməyə çalışırıq. Amma məlumatlarının ictimaiyyətə çatdırılmasına QHT-lərin özləri də maraqlı olmalıdır".

OXŞAR XƏBƏRLƏR