Metronun açılması ilə bağlı suallara – RƏSMİ CAVAB

Metronun açılması ilə bağlı suallara – RƏSMİ CAVAB
SOSİAL
17:36 09.04.2021
740

"Metropolitendə sərnişindaşıma fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərarı münasib şərait yarandıqdan sonra Nazirlər Kabineti verəcək”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov gediş haqqının müasir üsullarla ödənilməsi istiqamətində işlər haqqında danışarkən deyib:

"Gediş haqqının müasir mütərəqqi üsullardan istifadə edilməklə ödənilməsi istiqamətində metropolitendə işlər aparılır. Lakin bununla bağlı hər hansısa konkret qərar qəbul edilməsindən və ya ödəmə üsulunun tətbiqindən danışmaq erkəndir”.

B. Məmmədov metronun açılacağı tarixlə bağlı hələlik konkret məlumatın olmadığını bildirib:

"Bakı Metropoliteni” QSC-dən bununla bağlı hər hansısa rəsmi açıqlama verilməyib. Bilirsiniz ki, mövcud pandemiya dövründə vəziyyətin obyektiv qiymətləndirilərək bu və digər qərarların verilməsi, o cümlədən metropolitendə sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi ilə bağlı məsələləri Nazirlər Kabineti yanında Operativ Qərargah həyata keçirir. Bu səbəbdən metropolitendə sərnişindaşıma fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərarı da münasib şərait yarandıqda Nazirlər Kabineti verəcək”.

Aydın

OXŞAR XƏBƏRLƏR