"Qarabağ" Futbol Klubunun bu axşam UEFA Konfrans Liqası çərçivəsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə"Bakı Metropoliteni" QSC-dənbildirilib.
Belə ki, axşam saatlarında "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bildirilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: "Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək".










































