Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et!

Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et!
İQTİSADİYYAT
20:47 23.06.2021
463
Lider mobil operatorun həm yerüstü, həm də yeraltı əhatə dairəsi genişlənir

Xüsusi karantin rejimi qaydalarının yumşaldılması nəticəsində 226 günlük fasilədən sonra sərnişindaşıma fəaliyyətinin bərpa edən Bakı metrosu artıq paytaxt əhalisinə tam olaraq xidmət göstərməkdədir. Bu müddət ərzində ölkənin aparıcı mobil rabitə təminatçısı "Azercell Telekom” isə Bakı metropoliteni stansiyalarının platforma və tunellərində öz şəbəkəsinin tutumu və əhatə dairəsinin genişləndirilməsi üzrə işlərini fasiləsiz olaraq davam etdirib.

Ümumiyyətlə, Azercell şirkəti bütün abunəçilərini daha möhkəm şəbəkə və daha yüksək sürətli internetlə təmin etmək məqsədilə 2021-ci il ərzində də 4G texnologiyasını təkmilləşdirməyə davam edib. Görülən işlər sayəsində bu ilin əvvəlindən etibarən Azercell-in 4G şəbəkəsinin əhatə dairəsi həm də yerin altında – yəni, paytaxt metropoliteninin stansiyaları boyu əhəmiyyətli dərəcədə genişləndirilib. Belə ki, artıq 19 stansiyada: Neftçilər, Qara Qarayev, Koroğlu, Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 yanvar, Memar Əcəmi, Memar Əcəmi 2 (Bənövşəyi xətt), Nəsimi, Sahil, İçəri şəhər stansiyalarında 4G şəbəkəsi aktivdir. Bundan əlavə, 11 stansiyanın tunellərində: Neftçilər, Qara Qarayev, Koroğlu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, Sahil, İçəri şəhər stansiyalarının tunellərində artıq Azercell-in sürətli mobil internetindən yararlanmaq olar.

Azercell şirkətinin keyfiyyətli 4-cü nəsil şəbəkəsinin Bakı metropoliteninin yerdə qalan stansiya və tunellərinə doğru genişlənməsi üzrə işlər isə daha yüksək intensivliklə davam etdirilir. Yaxın zamanda Bakı metropoliteninin artıq bütün stansiyaları Azercell 4G şəbəkəsi ilə əhatə ediləcək.

Onu da qeyd edək ki, hazırda sərnişinlərin faydalana biləcəyi həm 2G, həm 3G, həm də 4G texnologiyaları abunəçilərə sərbəst şəkildə səsli zəng və mobil internet xidmətindən istifadə etməyə imkan verir, bu isə nəinki stansiyaların özündə, həm də bu stansiyalar arasındakı

tunellərdə qatarların hərəkəti zamanı kəsintisiz şəbəkə deməkdir. İndi artıq sərnişinlər vaqonlarda hərəkət edərkən müxtəlif növ mobil internet məzmunundan və mobil tətbiqlərdən yararlana, hətta, mobil TV və filmləri də seyd edə bilərlər.

Xatırladaq ki, dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları göstərir ki, hazırda mobil internet sürətinə görə Azercell "Best in class” kateqoriyasında ən yaxşı operatordur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
14:25 21.08.2025
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA