Metroda 17 nəfərin halı pisləşib, 5 nəfər xəstəxanalıq olub

Metroda 17 nəfərin halı pisləşib, 5 nəfər xəstəxanalıq olub
SOSİAL
23:59 03.07.2018
10360

Dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xüsusi briqadalar ayrılaraq "Bakı Metropoliteni"nin stansiyalarının qarşısında yerləşdirilib.

"Bu saata kimi "103" xidmətinə 17 müraciət daxil olub. Əksəriyyətinə yerində lazımi tibbi yardım göstərilib. 5 nəfər profilaktik məqsədlə xəstəxanalara yerləşdirilib. Onların həyati təhlükəsi yoxdur”, - Nazirliyin məlumatında deyilir.

 

OXŞAR XƏBƏRLƏR