Metroda bu düyməni sıxmayın! - Real görüntülər

Metroda bu düyməni sıxmayın! - Real görüntülər
SOSİAL
13:03 25.03.2025
309
Bakı metropoliteninin stansiyalarında 2025-ci ilin ilk iki ayında sərnişinlər 534 dəfə eskalatorların dayanmasına səbəb olublar.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, bunlardan 336-sı dayanma ehtiyacı olmadığı halda "STOP" açarının işə salınması nəticəsində baş verib.

Ehtiyatsız davranan 129 sərnişin eskalatorda yıxılıb, onlardan 7-si xəsarət alıb.

Sərnişinlərin əşyalarının eskalator elementlərinə ilişməsi nəticəsində isə 69 yıxılma halı qeydə alınıb.
 

OXŞAR XƏBƏRLƏR