Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar

Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
SOSİAL
20:42 03.03.2026
277
Martın 4-dən "Bakmil” stansiyasına və əks istiqamətə qatarların hərəkət cədvəlinə dəyişikliklər tətbiq edilir.

AZXEBER.COM xəbər verir ki, bu haqda "Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, sınaq müddətində "Nərimanov– Bakmil” sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş qrafik təqdim olunur.

"Bakı metropoliteninin Yaşıl və Qırmızı xətlərində sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni hərəkət qrafikinin sınaqlarına başlanılır. Burada əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun tənzimlənməsidir. Sınaqların gedişi və qeyd olunan istiqamətdə qatarların hərəkət cədvəli ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə əlavə edilib.

 

 


OXŞAR XƏBƏRLƏR