Metroda bu səbəbdən qısamüddətli gecikmələr olub

Metroda bu səbəbdən qısamüddətli gecikmələr olub
SOSİAL
09:53 21.08.2024
115
Qısamüddətli gərginlik düşməsi nəticəsində Bakı metropoliteninin Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı metropoliteninin mətbuat xidmətindən məlumat verilib.

Bunun nəticəsində xəttin sahələri üzrə qatarların hərəkət intervalında 1 və 2 dəqiqə gecikmələr müşahidə olunub. Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb.
OXŞAR XƏBƏRLƏR