Metroda faciə: 50 nəfər yaralı

DÜNYA
11:19 15.07.2014
1039
Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində metroda dəhşətli faciə baş verib.Metronun “Slavyanskıy bulvar”stansiyasında qatar relsdən çıxıb.Baş verən qəzada 50 nəfərdən çox insan xəsarət alıb. Məlumat daxil olan kimi hadisə yerinə çoxlu sayda təcili yardım, xilasedicilər və hüquq-mühafizə orqanları cəlb olunub.Qeyd edək ki, qəzaya uğrayan qarat “Kiyevski” - “Molodyojnaya” stansiyası istiqamətində hərəkət edirmiş. Məlumat daxil olan kimi polis “Slavyan bulvarı” stansiyası ətrafını mühasirəyə alıb. Qəzadan sonra həmin istiqamətlərdə metronun faəliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu səbəbdən də, “Kiyevski” - “Molodyojnaya“ stansiyası istiqamətində 66 avtobus xidmət göstərir.Hadisə nəticəsində yaralananların bəzilərinin vəziyyəti olduqca ağırdı. Onların həyatda qalmalarına ümid olduqca azdır.Faktla bağlı araşdırmalara başlanılıb.
//ans
OXŞAR XƏBƏRLƏR