Metroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

İQTİSADİYYAT
11:10 27.10.2022
656
Bakı metropoliteni metroda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov bu gün metronun 55 illiyi ilə bağlı sərgi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hələlik qurumda bu barədə müzakirə aparılmır.

"Bakı metropoliteni bu barədə müraciət etməyib və yaxın vaxtlarda da müraciət etməyəcək", - deyə məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR