Metroda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMA

Metroda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMA
SOSİAL
14:39 07.01.2025
369
Metroda gediş haqqının 55 qəpik olacağına dair məlumatlar yayılıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AZXEBER.COM-a açıqlamasında bu məlumatın əsassız olduğunu deyib.

Onun sözlərinə görə, QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur:

"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb".
OXŞAR XƏBƏRLƏR