Xəbər verdiyimiz kimi sabahdan etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tariflərində dəyişiklik edilir. Belə ki, dəyişikliyə əsasən Bakı-Sumqayıt-Bakı reysinin qiyməti 1 AZN civarında müəyyənləşib.
Bu, "Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.
Bu xəbərdən sonra metroda gediş haqqının qiymətinin artırılması məsələsi gündəmə gəlib. Bununla bağlı baku.ws Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxlayıb. Nəsimi Paşayev bildirib ki, qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib.
Məlumatı Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də təsiqləyib: "Bakı metrosunda gedişhaqqının qaldırılması ilə bağlı heç bir müraciət daxil olmayıb və belə bir məsələ müzakirə mövzusu deyil".
Qeyd edək ki, xidmət xərclərinin balanslaşdırılması məqsədilə martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq