Metroda hadisə - Sərxoş şəxs yıxılaraq xəsarət aldı

Metroda hadisə - Sərxoş şəxs yıxılaraq xəsarət aldı
SOSİAL
20:15 01.03.2018
2820

Bir qədər əvvəl metronun bənövşəyi xəttinin ("Avtrovağzal" stansiyasına gedən) "Memar Əcəmi" stansiyasında bir nəfər yıxılaraq xəsarət alıb.

AZXEBER.COM bildirir ki, bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

 

Onun sözlərinə görə, Sumqayıt şəhərinin sakini olan 27 yaşlı Anar Məmmədov sərxoş vəziyyətdə qatara çatmaq üçün pilləkənlərdən qaça-qaça düşüb. Bu zaman onun ayağı sürüşərək yıxılıb və başından xəsarət alıb. Vətəndaş polis əməkdaşlarının və sərnişinlərin köməyi ilə təcili tibbi yardım xidmətinə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR