Metroda HƏYƏCANLI ANLAR: Ana və 3 övladı...

Metroda HƏYƏCANLI ANLAR: Ana və 3 övladı...
SOSİAL
13:40 07.07.2025
352

Bu gün səhər saatlarında metronun "İnşaatçılar" stansiyasında sərnişinlər eskalatordan yıxılıblar.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat veriblər.

Qeyd olunub ki, təxminən 40-45 yaşlarında xanım üç övladı ilə birlikdə ilk dəfə eskalatordan istifadə edib.

"Xanım uzun müddət tərəddüd edib və mindiyi eskalatordan yıxılan kimi, eskalatorun hərəkəti dayandırıldı", - deyə məlumatda bildirilib.

Oxu.Az-ın sorğusuna "Bakı Metropoliteni" QSC-dən cavab olaraq bildirilib ki, xanımın yıxılmasına səbəb müvazinətini itirməsi olub.

"Sözügedən hadisə ilə bağlı bildiririk ki, metrodan ilk dəfə istifadə edən xanım sərnişin üç övladı ilə birlikdə "İnşaatçılar" stansiyasında eskalatordan istifadə qaydalarına bələd olmadığı üçün minməyə tərəddüd edib, eskalatora mindikdən sonra isə müvazinətini itirərək yıxılıb. Uşaqlar da onunla birlikdə yıxılıblar.

Metropoliten əməkdaşları hadisəyə dərhal müdaxilə ediblər, beş saniyə ərzində eskalatorun hərəkəti dayandırılaraq sərnişinlərin təhlükəsizliyi təmin olunub. Eyni anda ehtiyat eskalator işə salınaraq hərəkət axını bərpa edilib.

Nəzərinizə çatdırırıq ki, sərnişin xanımın öz istəyi ilə təcili tibbi yardım çağırılmayıb və çəkiliş aparılmasına razılıq verilməyib. Əməkdaşlarımız tərəfindən sərnişinin şəxsi məxfiliyinə və seçimlərinə hörmətlə yanaşılıb", - deyə məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR