Metroda mərmərlər dəyişdirilir

Metroda mərmərlər dəyişdirilir
SOSİAL
13:49 10.02.2017
850
Metronun "Xalqlar dostluğu” stansiyası təmir olunur.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AZXEBER.COM-a açıqlamasında bu haqda danışıb.

O bildirib ki, ötən gündən etibarən metronun "Xalqlar dostluğu" stansiyasının hər iki keçidində təmirə başlayıb: "Təmir prosesində keçidin divar və döşəmələrdəki mərmər üzlükləri dəyişdiriləcək. Keçiddəki bütün kommunikasiya xətləri də yenilənəcək". 

Metropoliten rəsmisinini sözlərinə görə, təmir 2-3 ay davam edəcək. Bu isə sərnişinlərin gediş-gəlişinə mane olmayacaq. 
OXŞAR XƏBƏRLƏR