Metroda mina həyəcanı

DÜNYA
00:45 11.12.2013
1207

Kiyev metrosunun mərkəzi stansiyaları "Kreşatik" və "Maydan Nezalejnosti" mina xəbərinə görə bağlanıb

Kiyev metrosunun mərkəzi stansiyaları "Kreşatik" və "Maydan Nezalejnosti" mina xəbərinə görə bağlanıb. ANS PRESS “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Ukrayna paytaxtının milisinin mətbuat xidməti xəbər verib. Agentliyin müsahibinin sözlərinə görə, bu artıq bir sutka ərzində metronun minalanması barədə verilən 4-cü xəbərdir. "Kreşatik" və "Maydan Nezalejnosti" yeraltı tunellə birləşdirilib. Şəhərin Azadlıq meydanında (Maydan Nezalejnosti) Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarları mitinq keçirirlər.

OXŞAR XƏBƏRLƏR