Metroda qadının pulqabısını oğurladılar

Metroda qadının pulqabısını oğurladılar
SOSİAL
12:40 07.03.2019
2594
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun "Nizami" stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.                         
 
 Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR