Avtobusda qəribə hadisə: Gənc qadının fotosunu çəkib... - VİDEO

Avtobusda qəribə hadisə: Gənc qadının fotosunu çəkib... - VİDEO
DÜNYA
15:50 07.07.2022
1217
Avtobusda qəribə hadisə baş verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Beylikdüzü-Avcılar istiqamətində hərəkət edən avtobusda qadının şəklini çəkdiyi iddia edilən şəxs vətəndaşların reaksiyasına məruz qalıb. 

Hadisə dünən axşam saat 22:00 radələrində Beylikdüzü-Avcılar istiqamətində hərəkət edən avtobusda baş verib. İddiaya görə, kişi Avcılar Cihangir Mahallesi dayanacağına çatanda yanında oturan qadının şəkillərini gizlicə çəkməyə başlayıb. Bu vəziyyəti görən başqa bir sərnişin kişiyə cavab olaraq qışqırmağa başlayıb. Fotosu çəkilən qadın kişinin üzərinə gedərkən hər kəs ayağa qalxıb. Digər sərnişinlər də hadisəyə qarışaraq şübhəli şəxsə reaksiya veriblər. Hadisəyə məruz qalan qadın "Millətin ayağını çəkməyə utanmırsan? – deyə onun üstünə qışqırıb. Şübhəli isə "siləcəm” – deyərək özünü müdafiə edib. 

Hadisə yerinə gələn polislər şübhəli şəxsi nəzarətə götürüblər. Həmin anlar mobil telefonun kamerasına əks olunub.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR