Bu barədə baku.ws-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qurumdan qeyd edilib ki, lakin Qırmızı xətdə intervalın 1 dəqiqə azaldılması təmin edilib:
"Bu məqsədlə Qırmızı xətt üzrə müvafiq gücləndirmə, optimallaşdırma tədbirləri görülüb, həmçinin əlavə maşinistlər ayrılmaqla qatarların "İçərişəhər" stansiyasını tərk etməsinin operativliyi təmin edilib.
Həmçinin qarşıdakı dövrdə xətlər üzrə intervalın azaldılması ilə bağlı təhlillər aparılır və mümkün tədbirlərin görülməsi imkanları araşdırılır, sərnişin axını və tələbatı diqqət mərkəzində saxlanılır.
Hazırda texniki optimallaşdırma və təkmilləşdirmə tədbirləri davam etdirilir. Xətlərin ayrılması layihəsinin icrası dövründə sərnişinlərin metropolitendən daha rahat və təhlükəsiz istifadə etməsi üçün mümkün bütün tədbirlər görülür".










































