Nyu Yorkda simsiz rabitə üzrə pilot layihəsi işə salınıb.
Yaxın illərdə şəhərin 277 yeraltı stansiyası və metro xəttləri pulsuz WI-FI sistemi ilə təchiz olunacaq. Analoqu olmayan yeraltı simsiz internet sisteminin yaradılması və təchizatı “Tranzi Wireless” şirkəti tərəfindən həyata keçirilir. Lahiyə üzrə ümumi xərclərin 150-200 milyon dollara yaxın olacağı hesablanıb. Xərclər nə qədər böyük olsa da, provayderlər pilot layihəni əla qazanc mənbəyi kimi görür. Belə ki, şəhər metrosundan orta hesabla hər il 2 milyard sərnişin istifadə etdiyindən, WI-FI sisteminə sponsorluq edəcək şirkətlər unikal reklam imkanı əldə etmiş olur. NyuYork Metropolitenində WI-FI sisteminin quraşdırılmasına artıq gələn aydan başlanılacaq.