Yasamal rayonu, Moskva prospekti, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qəza səbəbindən köməkçi yolla yanaşı, Bakı-Sumqayıt şosesi metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.