Metronun "Cəfər Cabbarlı-Nizami" xəttində tunelin inşasına hazırlıq işləri başlayır

Metronun "Cəfər Cabbarlı-Nizami" xəttində tunelin inşasına hazırlıq işləri başlayır
SOSİAL
20:52 14.08.2025
427
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni” QSC tərəfindən Bakı şəhərinin nəqliyyat sistemində mühüm yer tutan metropoliten şəbəkəsinin daha da təkmilləşdirilməsi məqsədilə kompleks inşaat layihələrinin icrasına hazırlıq işlərinə start verilib.

Bu barədə AZXEBER.COM-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Bu işlər Prezident İlham Əliyevin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində genişmiqyaslı tədbirlər planına uyğun olaraq həyata keçirilir.

Layihənin ilkin mərhələsində "Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işlərinə başlanılır.

Belə ki, hazırlıq işləri çərçivəsində "28 May” stansiyası ətrafında iki ərazidə şaxta qazılacaq. Tikinti meydançalarından biri stansiyanın yuxarı hissəsində – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində, digəri isə stansiyanın qarşısında yerləşir. Şaxtalar qazıldıqdan sonra əsas tunellərə keçid təmin edən əlavə yanaşma yolları inşa olunacaq. Ərazinin ağır geoloji mühitə malik olması səbəbindən sahədə ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək.

Tikinti prosesi ərazidə avtobusların, Bakı Dəmiryol Vağzalının, eləcə də "28 May” metro stansiyasının fəaliyyətinə maneə yaratmayacaq. Bu müddət ərzində yeraltı və yerüstü nəqliyyatın hərəkəti ənənəvi qaydada davam etdiriləcək.

Xatırladaq ki, xətlərin ayrılması layihəsi üzrə nəzərdə tutulan işlərin mərhələli icrası paytaxtın nəqliyyat infrastrukturunun inkişafına, tıxacların azaldılmasına və ictimai nəqliyyatın səmərəli fəaliyyətinə təkan verəcək. Eyni zamanda, fərdi avtomobillərdən istifadənin azalmasına, şəhərin hərəkət dinamizminin artmasına və mobillik planlarının optimal tətbiqinə imkan yaradacaq.

Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyəti nəticəsində həm təhlükəsizlik, həm də hərəkət dayanıqlılığı əhəmiyyətli dərəcədə artırılacaq. "28 May” stansiyasına qədər sahələrdə ("Dərnəgül-28 May” və "İçərişəhər-28 May”) mövcud olan 4 dəqiqə və daha yuxarı intervallar mümkün ən minimum həddə çatdırılacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib