Metronun yaxınlığında vətəndaşı ürəyindən bıçaqlayıb qaçdı...TƏFƏRRÜATLAR... - VİDEO

Metronun yaxınlığında vətəndaşı ürəyindən bıçaqlayıb qaçdı...TƏFƏRRÜATLAR... - VİDEO
SOSİAL
22:29 22.08.2023
349
Paytaxtın Nərimanov rayonunda marketlərdən birində qətl törədilib.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, ağır cinayət Rövşən Əliyev küçəsində, metronun ''Ulduz'' stansiyasının yaxınlığında baş verib.

Bu barədə polisə məlumat daxil olan kimi rayon hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gəlib baxış keçiriblər.

Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Faktla bağlı ''qəsdən adam öldürmə''maddəsi ilə cinayət işi başlanıb.
 

OXŞAR XƏBƏRLƏR