Bu gün səhər saatlarında Bakı Metronun “Neftçilər” stansiyasında ticarət köşkləri sökülən şəxslər aksiya keçirməyə cəhd göstəriblər.
Bakı Metropoliten polisindən ANS PRESS-ə verilən məlumata görə, ticarət obyektləri sökülən insanlar stansiyaya yığılıb. Onlar obyektlərinin sökülməsilə əlaqədar metropoliten rəhbərliyilə görüşmək istəyirlər. “Biz asayişin qorunması üçün nəzarət edirik. Heç bir problem yoxdur. Narahatçılığa əsas yoxdur”, - deyə metropoliten polisindən bildirilib. Bakı Metropolitenindən ANS PRESS-ə verilən məlumata görə, heç bir aksiya keçirməyin xeyri yoxdur. Çünki artıq qərar verilib və metrodakı bütün ticarət obyektləri sökülüb. Onların bərpası isə mümkünsüzdür. Metronun “20 yanvar” stansiyasının keçidlərindəki ticarət obyektləri isə hələlik qalıb. Onlara Bakı Metropoliteni nəzarət etmir. Metronun keçidlərinə Nəqliyyat Nazirliyi nəzarət etdiyi üçün onlar da həmin məsələyə baxacaq.