Metroya yalnız bu şəxslər buraxılacaq

Metroya yalnız bu şəxslər buraxılacaq
SOSİAL
14:40 08.05.2020
1994
Xəbər verdiyimiz kimi, sabahdan Bakı Metropoliteninin fəaliyyəti bərpa edilir.
 
AZXEBER.COM xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata görə, metrostansiyalara yalnız yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcək.
 
Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.
 
Qeyd edək ki, martın 31-dən fəaliyyətini dayandıran Bakı metrosu sabah 06.00-dan etibarən açılacaq.
OXŞAR XƏBƏRLƏR