Meksikanın paytaxtı Mexiko şəhərində bir yaşayış binasında baş verən qaz partlayışı nəticəsində azı 22 nəfər yaralanıb.
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meriyası məlumat verib.
Partlayışda xəsarət alan 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Hazırda partlayış yerində təcili xidmətlər işləyir. Ölənlər barədə məlumat verilməyib.