Meydan TV öldürülən şəxsin cinsi azlıq olduğunu niyə xüsusi qabardır? - Hacıbəy Heydərli yazır

Meydan TV öldürülən şəxsin cinsi azlıq olduğunu niyə xüsusi qabardır? - Hacıbəy Heydərli yazır
SOSİAL
16:43 06.11.2025
3724
Hər kəsə bəllidir ki, Azərbaycanda cinsi azlıqlara münasibət homofob səviyyədə deyil. Onlara istər dövlətimiz, istərsə də cəmiyyətimiz hər zaman loyal münasibət göstərir. Hətta bu mövzuda dünyanın bir çox ölkəsinə nümunə də ola bilərik. Azərbaycan mediası da hər zaman bu mövzularda yazarkən cinsi ayrı-seçkiliyə yol vermir. Yəni, bu mövzuda diskriminasiyadan danışmaq yersizdir.

Burada mənim diqqətimi çəkən isə Azərbaycanda fəaliyyəti qanunla qadağan edilən bəzi media qurumlarının bu mövzuları hər zaman gündəmdə saxlaması və LGBT, feminizm tezislərinin hər zaman öndə olmasıdır.

Kiçik araşdırmam zamanı məlum oldu ki, bunlar heç də təsadüf deyil. Çünki bu mövzu Avropada qrant verən təşkilatlar, fondlar üçün ən prioritet sahədir və onlar bu medialara pul ayırırsa, ilk tələblərindən biri də məhz cəmiyyətlər üçün yad olan xüsusiyyətlərin təbliği olur. Yəni, bu səhifə və kanalların əsas məqsədi ölkədə homofob durumun olduğunu havadarlarına sübut etməkdən ibarətdir. Burada isə əsas istifadə etdikləri vasitə sosial media istifadəçilərinin yazdığı şərhlərdir.

Çünki sosial şəbəkədə rəy yazan insanların cinsi azlıqlara münasibəti birmənalıdır. Bu həm də demokratik cəmiyyətlərə xas olan əlamətdir. Hər kəs azad şəkildə fikirlərini bildirmək hüququna malikdir. Bu həm də ölkəmizdə milli-mənəvi və ailə dəyərlərin güclü olması ilə əlaqələlidir.

Həmin qrantyeyən medialar da bunu çox gözəl bildiklərinə görə, hansısa LGBT faəlı və ya feminist saxlanılanda və ya dünyasını dəyişəndə bu xəbəri nümayişkəranə şəkildə təqdim edir. Hətta o adamın fotosunu, videosunu yayaraq insanların onları təhqir etməsinə şərait yaradır, nəticədə isə yazılan şərhləri toplayaq ölkəmizdə homofob durumun olduğunu xarici havadarlarına təqdim edir və daha çox pul, qrant əldə edir.

Beynəlxalq qanunlara görə də şəxslərin foto, şəxsi məlumatlarını (doxxing) yaymaq və ya onları hədəf almaq tövsiyə edilmir — bu həm qanuna zidd, həm də etik deyil. Ancaq aşağıdakı nümunədə Meydan TV birbaşa olaraq insanı cinsi azlıq adlandırır və məhz bu səbəbdən öldürüldüyünü iddia edir. Ölən insanın cinsi oriyentasiyasını xəbərdə xüsusi qeyd edərək onu söydürməyə cəhd etmək və daha sonra bundan gəlir əldə etmək ən azından vicdansızlıqdır.

Bundan başqa TV iddia edir ki, "homoseksual öldürülərkən ətrafdakı insanlar hadisəyə müdaxilə etməyib və polis hadisə yerinə yalnız qətli törədən şəxsin özü zəng etdikdən sonra gəlib. Həkimlərin də yaralıya lazımi tibbi yardım göstərmədiyi də iddia olunur".

Bu cümlənin Meydan TV-nin əsl niyyətini tam ortaya qoyur və bu dövlət qurumlarına qarşı çox ağır ittihamdır. Azərbaycanda tibbi yardımın hadisə yerinə gəlib insanın cinsi oriyentasının görəndən sonra yardım etməməsi halı olubsa, məncə bu da araşdırmalıdır. Ancaq TTY həkimləri bıçaqlanan adamın həmin an cinsi orientasiyasını necə biliblər? Və ya cinayəti törədən, əvvəllər də məhkum edilən şəxs həmin an polisə zəng edibsə, burada hansı qəbahət iş var? Məncə bu suallara həkimləri və polisi ittiham edən Meydan TV və ya naməlum şahid cavab versə, yaxşı olar.

Düşünürəm ki, bir neçə gün öncə yazdığım "Azərbaycanın ideoloji sərhədinə təhdid rolunu oynayan xarici təsirlərdən tam azad olmalıyıq" mövzusu yenidən gündəmə gəlməlidir. İnsanların ölümü üzərindən pul qazanmaq istəyən, xaricdən idarə olunan səhifələr və kanallar da ifşa olunmalı və cəmiyyətimiz onları tanımalıdır.

Milli-mənəvi dəyərlərimizin qorunması isə hər birimizin vətəndaşlıq borcu olmalıdır. 

Hacıbəy Heydərli
 



OXŞAR XƏBƏRLƏR