Oktyabrın 21-də İmişli rayonun Şahverdilər kəndi yaxınlığında - çöllük sahədə meyiti tapılan şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.
Əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan və meşə sahəsinin rəisi işləyən Aslanov Ağabala Əşrəf oğlunun itkin düşməsi ilə bağlı polisə müraciət daxil olubmuş. Bildirilir ki, A.Aslanovun evə qayıtmadığını görən ailə üzvləri oktyabrın 18-də onun itkin düşməsi ilə bağlı məlumat verib. Növbəti günlərdə ondan heç bir xəbər almaq mümkün olmayıb. Nəhayət oktyabrın 21-də səhər saatlarında əkin sahəsinə su açmaq üçün əraziyə gedən şəxs onun A.Aslanovun meyitini aşkar edib.
Məlum olub ki, o ürək çatışmazlığından sahədə vəfat edib və meyiti 3 gün ərzində ərazidə qalıb.
///Publika.az