Meymun çiçəyi virusuna qarşı kütləvi peyvənd lazımdır? - ÜST-dən açıqlama

Meymun çiçəyi virusuna qarşı kütləvi peyvənd lazımdır? - ÜST-dən açıqlama
DÜNYA
13:35 01.06.2022
435
Meymunçiçəyi virusuna qarşı ÜST-dən açıqlama verilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı son həftələr dünyada, xüsusilə də Avropada yayılan meymunçiçəyi virusu ilə bağlı yeni açıqlama verib.

Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində keçirilən 75-ci Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində ÜST rəsmiləri meymunçiçəyi virusu ilə bağlı brifinq keçirib. ÜST-nin Xəstəliklərə Hazırlıq və Qarşısının Alınması üzrə Direktoru Dr. Sylvie Briand meymunçiçəyi xəstəliyindən heyvandan insana keçən bir virus olduğunu bildirib. 

Briand meymunçiçəyinə qarşı peyvəndin hələ ki, zəruri olmadığını deyib. İndiyə qədər dünyada 200-ə yaxın meymunçiçəyi xəstəliyinin müşahidə edildiyini bildirən Briand bu rəqəmin yaxın günlərdə arta biləcəyini qeyd edib.

Qeyd edək ki, ilk dəfə mayın 6-da İngiltərədə görülən meymunçiçəyi virusu indiyədək 20 ölkəyə yayılıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR