AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, xəstəliyin sürətlə yayıldığı ABŞ-ın aparıcı səhiyyə müəssisələrindən biri olan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) açıqlama verərək amerikalılara xəbərdarlıq edib. Təşkilat tibb işçilərinə xəstələrdə fərqli əlamətlərə diqqət edilməsi barədə xəbərdarlıq edib.
"Meymunçiçəyi xəstəliyinin əlamətləri keçmişdə Afrikada müşahidə olunanlardan fərqlənməyə başlayıb", - deyə məlumatda bildirilib.
CDC direktoru Rochelle Walensky yeni əlamətləri açıqlayıb:
"Bəzi hallarda insanların bütün bədəninə yayılan qızartı əvəzinə sızanaq kimi qabarıqlar meydana gələ bilər. Bəzi hallarda isə yalnız kiçik qabarcıqlar müşahidə edilə bilər. Hətta bu xırda səpkilər xəstəlik boyu yeganə əlamət kimi görünə bilər”.
Ayşən