“Meymunçiçəyi virusu bizdən kollektiv diqqət və koordinasiyalı hərəkət tələb edir”

“Meymunçiçəyi virusu bizdən kollektiv diqqət və koordinasiyalı hərəkət tələb edir”
DÜNYA
13:37 13.07.2022
318
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru gələn həftə, yaxud tələb olunarsa daha tez Fövqəladə Hallar Komitəsinin yığıncağını keçirəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report”a ÜST-dən bildirilib.

"Meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq bizdən kollektiv diqqət və koordinasiyalı hərəkət tələb edir. Bura ictimai səhiyyə tədbirləri, o cümlədən epidemioloji nəzarət, əlaqələrin izlənməsi, təcrid, xəstələrə qulluq, həmçinin risk qruplarının və ədalətli paylanmanın təmin edilməsi üçün vaksinlər və müalicə üsulları kimi tibbi alətlərin əlçatanlığı daxildir”, - ÜST-ün Mətbuat Xidmətindən deyilib.

Xatırladaq ki, Azərbaycanda hələlik meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb, lakin iyunun 30-na olan məlumata əsasən, 58 ölkədə 5322 virusa yoluxma və 1 ölüm halı qeydə alınıb.

Meymunçiçəyi əsasən, mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik meşələrin yaxınlığında yayılan nadir xəstəlikdir.
OXŞAR XƏBƏRLƏR